İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 7 nəfər ölüb, 33 nəfər xəsarət alıb.
A.M.