Amerikalı məzhəkəçi Qpark Şimali Koreya lideri Kim Çen Inın oxşarını taparaq, Donald Trampın Nyu-Yorkda yerləşən göydələninə aparıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, saxta Kim Çen In cangüdən roluna girmiş məzhəkəçi ilə Nyu-York küçələrində gəzişiblər. İnsanlar psevdodiktatordan ABŞ-da nə etdiyini soruşublar, onun basketbolçu Dennis Rodman ilə dostluğunu yada salıblar və şəkil çəkdiriblər.
Onlar "Wall Street"də Trampın göydələninə gedərək, mühafizəçidən ABŞ prezidentinin harada olduğunu soruşublar. Mühafizəçi bunun gizli məlumat olduğunu deyib. Sonra Qpark “ali rəhbərin hər kəsə təşəkkür etdiyini” bildirib və binanı tərk ediblər.
E.C.
www.oxu.az