Bostonda yaşayan 23 yaşlı İsabella Eisenmann adlı xanımın evdə bəslədiyi Rhea adında quşu digərlərindən fərqləndirən olduqca maraqlı bir xüsusiyyəti var. Rhea nadir xəstəlik ucbatından yumurtadan lələksiz çıxıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İsabella “Instagram” hesabında onun fotoşəkillərini paylaşdıqdan sonra sosial şəbəkə izləyiciləri 2 yaşlı quşun üşüməməsi üçün ona müxtəlif geyimlər toxuyub göndəriblər.
“Rhea ictimaiyyət arasında olmağı xoşlayır. Qəfəsi sevmir, buna görə onu həmişə ya bayırda, ya da qəfəssiz saxlayırıq. Müntəzəm şəkildə baytara aparırıq”, - deyə sahibi bildirib.
Lakin lələkləri olmadığı üçün çox üşüyən Rhea sahibinin onun üçün hazırladığı kiçik sığınacağa girir və saatlarla oradan çıxmayaraq qızınmağa çalışır.
Aytən Sadıqzadə
www.oxu.az