İndoneziyanın Sulavesi adasında yaşayan və təxminən 450 min nəfərdən ibarət olan Toraja qəbiləsinin ölülərlə bağlı qəribə adət-ənənələri var.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, qəbilə üzvləri ölümün bir anda reallaşan hadisə olmadığına inanırlar. Bu səbəbdən ölülərini məzardan çıxarıb yuyurlar. Sonra gözəl geyimlər geyindirirlər. Məqsəd həyatda olmayanların hər zaman ürəklərdə canlı olaraq yaşayacaqlarını bildirməkdir.
Hətta uşaqların skeletləri belə məzardan çıxarılır və təşkil olunan mərasimə gətirilir.
Aytən Sadıqzadə
www.oxu.az