Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Natamam yuxunun yeni fəsadları aşkarlandı
Köln Universitetinin alimləri yuxu çatışmazlığının yeni fəsadlarını üzə çıxarıb. Almaniyalı həkimlər belə bir nəticəyə gəlib ki, az yatan insan zərərli qidalar qəbul etməyə və artıq çəkiyə meyilli olur.
Oxu.Az xəbər verir ki, elmi araşdırmanın nəticələri haqqında press-reliz “Eurekalert!” saytında dərc olunub.
Tədqiqatda 19-33 yaşlarında 32 nəfər iştirak edib. Könüllülər bir həftə intervalla iki funksional maqnit-rezonans tomoqrafiya sessiyasından keçib.
Təcrübədə iştirak edənlər beyin müayinəsindən əvvəl şam yeməyi yeyib. Onların bəziləri evə yollanıb, qalanları laboratoriyada yuxusuz gecə keçirib. Səhər tezdən mütəxəssislər könüllülərin iştaha səviyyəsini qiymətləndirməyə çalışıb.
Əvvəl iştirakçılar yeyilə bilən və yeyilə bilməyən predmetlər təqdim olunub. Onlar həmin predmetləri almaq üçün ödəməyə hazır olduqları maksimal məbləği qiymətləndirib.
Daha sonra beynin tomoqrafiyası zamanı könüllülərə (yeyilə bilən və ya yeyilə bilməyən) əşyanın təsviri göstərilib, onlar iki saniyə ərzində onları seçməli və ya rədd etməli olublar. Bu zaman həm də iştirakçılara həmin obyektin razılaşdırılmış qiyməti göstərilib. Müayinə başa çatandan sonra iştirakçılara həmin qida daha ucuz qiymətə təklif olunub.
Nəticədə, məlum olub ki, yuxu itkisi qidanın subyektiv qiymətini artırır. Belə ki, iştirakçıların qərarların qəbuluna cavab verən badamcıq vəzisi və hipotalamusunda yüksək aktivlik qeydə alınıb. Alimlərin fikrincə, bu, normadan artıq qidalanma və kökəlmə riskinin yüksək olduğuna işarə edir.
Oxu.Az yeniləndi!