Nyu-York pişiklərinin kottuççino dadmaq imkanı yarandı.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, ev heyvanları üçün hazırlanmış məşhur südlü içki yalnız bu kafedə verilir.
Bura adi nyu-yorklular da gəlib özləri üçün dördayaqlı dost tapa bilərlər. Ürəklərinə yatan dostu isə evə aparmaq imkanları var. Kafe kimsəsiz heyvanları sadəcə dadlı içkiyə qonaq etmir, eləcə də onlara sahib taparaq yerləşdirməyi öz üzərinə götürür.