Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, İbrahim Tatlısesin 14 yaşlı qardaşı oğlu Yusif Tatlı suvarma kanalında boğularaq dünyasını dəyişib.
Türkiyə mətbuatının məlumatına görə, Yusif Tatlı Şanlıurfada həmyaşıdı ilə çimmək üçün Dövlət Su İdarəsinin suvarma kanalına girib. Kanalda axıntı sürətli olduğundan uşaqlar boğulmağa başlayıblar. Onlardan biri çırpınaraq sahilə çıxsa da Y.Tatlı çıxa bilməyərək suda itib.
Dərhal hadisə yerinə polis və xilasedicilər cəlb olunub. 20 dəqiqə davam edən axtarışdan sonra dalğıclar kanaldan Yusif Tatlının cəsədini tapıblar.
Tatlının meyiti məhkəmə tibbi ekspertizasına göndərilib.