Avstraliyalı balıqçı Mark Watkins okeanda gəmisi ilə üzərkən gözünə nəhəng ölçüdə varlıq sataşıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Watkins təyin etməkdə çətinlik çəkdiyi bu varlığı əvvəlcə başqa gəmi zənn edib. Gəmini üzən cismə yaxınlaşdıran balıqçı onun çürümüş ölü balina olduğunu təsbit edib və fotoşəkillərini çəkərək internetdə paylaşıb.

Paylaşım qısa müddətdə internetdə yayılıb və görənləri heyrətəndirib.

Aytən Sadıqzadə
www.oxu.az