Türk rəssam partlamış qarğıdalı dənəsi üzərində məşhur filmlərin epizodunu çəkir.
Oxu.Az Kulis.az-a istinadən xəbər verir ki, Hasan Kale adlı rəssam sosial şəbəkədə üzərində “Xaç atası” filmindən bir epizodu təsvir etdiyi popkorn dənəsinin fotosunu paylaşıb. Kale belə işlərdən bütöv bir seriya yaratdığını deyib. Rəssam “Hörümçək adam”, “Rokki”, “Kabus ovçuları”, “Gizli fiqurlar” və “İks adamlar: Apokalipsis” kimi filmlərdən olan personajları da partlamış qarğıdalı dənələrinin üzərində çəkib. Hasan Kale Bursa şəhərindən olan miniatürçü rəssamdır. O, rəsm əsərlərini günəbaxan tumlarının, çipsilərin və həşərat qanadlarının üzərində yaradır.
E.C.
www.oxu.az