Şəki rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala yolunun 26-cı kilometrliyində “Naz Lifan” və “VAZ-2104” toqquşub. Nəticədə hər iki sürücü ağır xəsarət alıb. Xəstəxanaya aparılan sürücülərdən biri orada keçinib.
Faktla bağlı araşdırma aparılır.
A.M.