Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yaşayan ailənin həyətində hamını şoka salan bir hadisə baş verib.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, ailənin xanımının kəsilərək təmizlədiyi xoruzun bağırsağının yanından insan rüşeyminə bənzər canlı çıxıb.
Rüşeymi görənlər onun dəqiq nə olduğunu anlaya bilməyiblər. Bu, insan dölüdür, ya heyvana aiddir, bunu ancaq mütəxəssislər ayırd edə bilər. Lakin istənilən halda onun xoruzun içalatından çıxması qeyri-adi hadisədir.
