Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.
Rənglənmə işləri oktyabrın 19-da səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.
S.B.
www.oxu.az