Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Varlı Dubay qızlarının sərhəd tanımayan həyat tərzi – FOTO
“Instagram” sosial şəbəkəsində zəngin uşaqları öz çılğınlıqları ilə diqqəti cəlb edirlər. Lüks yaxtalar, şəxsi təyyarələr, pulun su kimi axıb getdiyi alış-veriş mərkləzləri...
Oxu.Az baku.ws-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdəki müxtəlif səhifələrdə zəngin ailələrdə böyüyən uşaqlar öz dəbdəbəli həyatlarını bütün çılpaqlığı ilə göz önünə sərirlər. Amma bu səhifələrin içərisində biri daha fərqlidir.
“Dubayın zəngin uşaqları” (“Rich Kids of Dubai”) adlı səhifənin istifadəçiləri pul içində üzən həyatlarını nümayiş etdirməkdən zövq alırlar.
77 min izləyicisi olan həmin səhifədən fotoları təqdim edirik.
A.S.
www.oxu.az