Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xaçmazda polis əməkdaşları qəzaya düşüblər
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir.
Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?
- Qaradağda QƏZA: Sərnişin avtobusu YÜK MAŞININA ÇIRPILIB