Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyası yaxınlığında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviçi “Lada Priora” markalı avtomobil vurub.
Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Avtomobil isə cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma gedir.
A.M.