Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yük qatarının amerikasayağı qarəti
Bu gün Çikaqoda misli görünməmiş yük qatarı soyğunu baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, "ABC Chicago" hadisəylə bağlı kadrlar paylaşıb.
Bildirilir ki, qarət Cənubi Ostin rayonunda baş verib. Şahidlərin dediyinə görə, azı 12 nəfər polis gələnə qədər təxminən bir saat ərzində qatarı qarət edib.
"Union Pacific" dəmiryol şirkəti hadisə ilə bağlı şərh verərkən izah edib ki, qatar tərəfdaş şirkətə məxsus yolda hərəkətini davam etdirmək imkanını gözləyərkən dayanıb. Bu zaman quldurlar vaqonları sındırmağa və konteynerlərı açmağa başlayıblar.
Qeyd edilir ki, bu, son bir neçə ay ərzində ilk belə qarət deyil. Avqustda Çikaqonun qərb hissəsində cinayətkarlar bir neçə yük vaqonunu sındırıb və oradan televizorlar oğurlayıblar.
"Soyğunçuluq hadisəsi" teqi üzrə xəbərlər
- Almaniyada misli görünməmiş bank soyğunu: 10 milyon avro rahatlıqla oğurlandı
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Əvvəl üzr istədi, sonra bıçaqla hücum etdi - Rusiyada mağazadan şok görüntülər
- Bir qutu siqaretə görə 3.5 il həbsdə yatacaq
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı