Xalq artisti Ağaxan Abdullayev dəfn olunub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, muğam ustası vəsiyyətinə uyğun olaraq valideynlərinin yanında, Türkan qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, A.Abdullayev dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən sənətkarla vida mərasimində ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
A.S.
www.oxu.az