Cari il aprelin 20-dən 25-dək Türkiyənin İstanbul şəhərində əlil uşaqların "Gülən uşaq" adlı Beynəlxalq festivalı keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müxtəlif ölkələrin uşaq və gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində, milli mədəniyyətin təbliğində bu kimi tədbirlərin əhəmiyyətini nəzərə alaraq festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin kollektivi təmsil edəcək.
2007 və 2008-ci illərdə keçirilmiş festivallarda da ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə 38 nömrəli məktəbin kollektivi təmsil edib.
www.oxu.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin