Amerika Kinematoqrafiya sənəti və Elmləri Akademiyası kino sahəsindəki nailiyyətlərinə görə “Oskar” mükafatı laureatlarının adını açıqlayıb.
Oxu.Az bu barədə “Variety” saytına istinadən xəbər verir.
Məlumata görə, məşhur aktyor Ceki Çan fəxri mükafatın sahibi olacaq. Bundan başqa mükafatı kinorejissor Frederik Uayzman, montajçı Enn Kouts və aktyor seçimi üzrə rejissor Linn Stalmaster də alacaq.
Mükafatların təqdimetmə mərasimi noyabrın 12-də Los-Ancelesdə keçiriləcək.