Oktyabrın 23-də Bakıda Fransanın məşhur caz ifaçısı Pierre de Treqomain və kvarteti konsert proqramı ilə çıxış edib. Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşib.
Bu barədə Oxu.Az-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Pierre de Treqomain 2008-ci ildə keçirilən “Crest Jazz Vocal” festivalında birinci yerə layiq görülüb. Onun fransız və ingilis dilindəki orijinal kompozisiyalardan ibarət “My cold song” adlı ilk albomu 2010-cu ildə işıq üzü görüb. Eyni zamanda o, 2012-ci ildə “Jazz magazine” tərəfindən “Ən məşhur kişi müğənniləri” sırasına daxil edilib.
Ölkəmizə və milli musiqimizə marağı olan P.Treqomain Azərbaycanın tanınmış muğam ifaçısı Qoçaq Əsgərovla möhtəşəm kompozisiyalar üzərində işləməyə başlayıb.
A.S.
www.oxu.az