Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 12-də Heydər Əliyev Sarayında Fransa estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı keçiriləcək.
Oxu.Az xəbər verir ki, “PARİSDƏN MƏHƏBBƏTLƏ” adlı konsertdə Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin kimi Fransa estradasının ulduzları iştirak edəcəklər.
Saat 20:00-da başlayacaq konsertin biletləri 10-30 manatdır.