Hindistanın məşhur musiqi qrupu Azərbaycana gəlir.
Hindistanın məşhur musiqi qrupu “Indian Ocean” (“Hind okeanı”) Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.
Bu barədə Oxu.Az-a Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Onlar 11 sentyabr, saat 19:00-da Bakı şəhərində Dənizkənarı Milli Parkda və 13 sentyabr, saat 19:00-da Sumqayıt bulvarında canlı musiqi proqramları ilə çıxış edəcəklər. Konsertlərə giriş sərbəst olacaq.
“Indian Ocean” musiqi qrupunun səfəri Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir.
A.S.
www.oxu.az