Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İflic olan Xalq artistimiz: Bundan sonra əsa ilə gəzəcəyəm
Səhhəti ilə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Ramiz Əzizbəyli Azərbaycana qayıdıb.
Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, o, səhhətində müəyyən irəliləyişlərin olduğunu desə də, tam sağalmadığını bildirib.
“1 ildən sonra yenidən Türkiyəyə gedib, müalicəmi davam etdirməliyəm. Xəstəxanada mənə üçayaqlı əsa verdilər, bundan sonra əsa ilə gəzəcəyəm. Həkimlər deyir ki, bu xəstəliyin bərpası çox vaxt aparır”,-deyə o söyləyib.
Qeyd edək ki, bir neçə ildir iflic xəstəliyindən əziyyət çəkən Xalq artisti Türkiyədə müalicə olunub.
A.S.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar