Oktyabrın 20-də Kanadanın Vankuver şəhərində (Britaniya Kolumbiyası əyalətində) Azərbaycan film festivalı keçiriləcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən verilən məlumata görə, bu ölkədə ilk dəfə təşkil olunan festivalın keçirilməsində məqsəd Kanada ictimaiyyətini Azərbaycan filmləri ilə tanış etməkdir.
Festival çərçivəsində həm SSRİ, həm də müstəqillik dövründə çəkilmiş Azərbaycan filmləri nümayiş etdiriləcək.
Festival Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunacaq.