Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ABŞ-ın Los-Anceles şəhərində poçt markası buraxılıb.
Bu barədə Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir.
ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 illiyi (1991-2016)” sözləri qeyd edilib.
Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.
A.S.
www.oxu.az