Tezliklə Heydər Əliyev Mərkəzində məşhur fransız rəssam Bernar Buffenin fərdi sərgisi açılacaq. Sərgidə rəssamın müxtəlif janrlarda işlədiyi əsərlər nümayiş etdiriləcək.
Oxu.Az xəbər verir ki, Bernar Buffe 1928-ci il iyunun 10-da Paris şəhərində anadan olub. O, Parisdə Təsviri İncəsənət Məktəbində təhsil alıb. Bernar Buffe modernizmi salon incəsənəti ilə birləşdirən orijinal üslubun yaradıcısıdır.
Rəssam öz melanxolik, monoxrom portretləri ilə məşhurlaşıb. Bernar Buffenin ömrünün sonuna qədər hər il sərgisi keçirilib. 1973-cü ildə Yaponiyanın Suruqadaira şəhərində onun şəxsi muzeyi açılıb.
Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib.