Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Opera Müğənnilərinin VIII Beynəlxalq Müsabiqəsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, müsabiqədə ölkəmizi Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi (İfaçılıq, Milli vokal) Urfan Cəfərov təmsil edəcək.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Konservatoriyasından məlumat verilib.
Azərbaycan da daxil olmaqla, müsabiqədə 15 ölkədən 200 ifaçının iştirakı gözlənilir. Müsabiqənin münsiflər heyətində dünya şöhrətli musiqiçilər təmsil olunurlar.
24 noyabr – 2 dekabr tarixlərində keçiriləcək müsabiqə, 3 tur və sonda baş tutacaq Qala-konsertdən ibarət olacaq.
A.S.
www.oxu.az