Türkiyəli rejissor Fikrət Reyhan “Sarı Sıcak” adlı filminə görə 39-cu Beynəlxalq Moskva Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir.
“Bizim üçün də təəccüblü oldu. İstanbul Film Festivalından sonra bu mükafatı almaq məni çox xoşbəxt etdi”, - deyə rejissor bildirib.
F.Reyhanın ekranlaşdırdığı “Sarı Sıcak” filmi 36-cı İstanbul Film Festivalında 4 mükafat birdən qazanmışdı.
39-cu Beynəlxalq Moskva Film Festivalında “Ən yaxşı film” mükafatını Çin istehsalı olan “Tepeli Aynak”, münsiflər heyətinin xüsusi mükafatı isə Rusiya istehsalı olan “Dibsiz çanta” filminə verilib.
Aytən Sadıqzadə
www.oxu.az