Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şakira Dünya İqtisadi Forumunda mükafat alıb
Kolumbiyalı müğənni Şakira Davosda keçirilən Dünya İqtisadi Forumunda “Crystal Award” mükafatını qazanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, məşhur müğənni xeyriyyə işlərinə görə mükafatlandırılıb.
Şakira YUNİSEF-in xoşməramlı səfiri, eləcə də kolumbiyalı uşaqların təhsil almasına kömək edən “Pies Descalzos Foundation” şirkətinin qurucusudur.
Forumda həmçinin alman skripkaçı Anne-Sofi Mutter və Hollivud aktyoru Forest Uitaker mükafat qazanıb.
Xatırladaq ki, 47-ci Dünya İqtisadi Forumu Davosda bu gün başlayıb. Forum yanvarın 20-dək davam edəcək.
A.S.
www.oxu.az
"Kolumbiya" teqi üzrə xəbərlər
- Kolumbiyada avtomobil qəzası: Çox sayda əsgər ölüb, yaralananlar var
- Kolumbiyada siyasi böhran: Prezident nazirlərin hamısını istefaya göndərir?
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
- ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
- Kolumbiya ABŞ-dən deportasiya olunan vətəndaşlarını qəbul etməyib
Ən çox oxunanlar