Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Xalq artisti Fatma Qədrinin anım tədbiri keçiriləcək](https://images.oxu.az/2017/04/14/09/56/52/103/FotorCreated:1200.jpg)
Xalq artisti Fatma Qədrinin anım tədbiri keçiriləcək
Aprelin 14-də Akademik Milli Dram Teatrının kollektivi, teatr xadimləri I Fəxri xiyabanda Xalq artisti Fatma Qədrinin məzarını ziyarət edəcək.
Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.
Xatirə tədbirində Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışılacaq, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.
Qeyd edək ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 1907-ci ildə Odessa şəhərində doğulub. Rus dilində təhsil alan və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma Qədri Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. O, səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib.
Fatma Qədri 1968-ci ildə Bakıda vəfat edib.
A.S.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI
- Bakıda qəza oldu: Nəqliyyatın hərəkəti ÇƏTİNLƏŞDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
Rəylər