Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən, şəbəkəsinə daxil olan Zığ qəsəbə mədəniyyət evinin direktoru vəzifəsinə Məmmədova Tacirə Ramazan qızı təyin olunub.
Bu barədə Oxu.Az-a idarədən bildirilib.
Qeyd edək ki, idarənin mədəniyyət evlərində işin təkmilləşdirilməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilib.
A.S.
www.oxu.az