Suallara politoloq, AMEA-nın İnsan Haqları İnstitutunun elmi əməkdaşı Moisey Bekker cavab verir.
- Yaxın Şərqi yeni zorakılıq dalğası bürüyüb. Regionda çoxdan gözlənilən sülh nə zaman bərqərar olacaq?
- Yalnız havayı pulların olmaması və sosial statusdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin uzun müddət və inadla çalışması məcburiyyəti, region ölkələrinin hakimiyyətlərinin öz baxış və dəyər sistemlərini digərlərinə məcburi qəbul etdirməkdən əl çəkməyə məcbur edə bilər. İndi artıq bu zamanın yaxınlaşması göz önündədir. 2005-ci ildə ABŞ istehlak edilən karbohidrogenin 60%-ni ixrac edib, 2011-ci ildə bu göstərici 45%-ə, 2013-cü ildə isə 12%-ə düşüb.
Bu hələ son deyil. Aparıcı industrial ölkələr, alternativ enerji mənbələrindən istifadəyə keçərək energetik asılılıqdan yaxa qurtarmaq labüdlüyü barədə düşünürlər. Artıq bu gün vəsait çatışmazlığı ucbatından HAMAS İsrail ilə uzunmüddətli sülhün yaradılmasını düşünür. Hizbullah Suriyada hərbi qarşıdurma nəticəsində zəifləyib. Bu yaxınlarda şeyx Nəsrullah bəyan edib ki, Əsədin rejimi süquta uğrayarsa təşkilat öz fəaliyyətini dayandıracaq. İranın öz müştərilərini saxlamaq üçün getdikcə daha az vəsaiti qalır.
Sanksiyalar, çoxdandır istehsalat komplekslərində və infrastrukturlarda dəyişikliklər edilməyən ölkə iqtisadiyyatının sabitliyini pozub. Benzinin belə əsas hissəsini qüvvə çatışmazlığı ucbatından idxal etmək lazım gəlir! Xatırlatmaq istərdim ki, Birinci dünya müharibəsinin nəticəsi, xarabalıqları üzərində yeni dövlətlərin yarandığı dörd imperiyanın süqutu oldu. Yaxın Şərq ölkələrinin çoxunun isə Böyük Britaniya və Fransa tərəfindən milli tərkib olmadan yaradıldığını nəzərə alsaq hər şey mümkündür...
- Yeri gəlmişkən, Azərbaycanın Yaxın Şərq trendində fəallığı müşahidə edilir, bunu Körfəz ölkələrinin dövlət xadimlərinin səfərlərinin artan sayı və İlham Əliyevin Səudiyyə Ərəbistanına hamı üçün gözlənilməz olan səfəri də sübut edir...
- Gözlənilməz səfər olmur. Səfərlərin həmişə müəyyən hazırlıq ərəfəsi olur. Misir ərəb Respublikasının prezidenti Ənvər Sadat 1977-ci ilin noyabr ayının 19-da Qüdsə gələndə buna müxtəlif ölkələrin, siyasətçilərin və xüsusi xidmətlərin uzunmüddətli fəaliyyəti müqəddimə olmuşdu. Bununla əlaqədar 2015-ci ilin mart ayının 11-də Azərbaycan Səudiyyə krallığının dostu və müttəfiqi Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana etdiyi səfərini xatırlamaq yerinə düşərdi. Səudiyyəlilər ilə koalisiyada indi kimin olduğuna fikir verin və hadisələrin hansı istiqamətdə inkişaf etdiyi sizə aydın olacaq.
Azərbaycan sivil dövlət kimi istənilən münaqişələrdə bitərəf qalmağa çalışır, bunun üçün isə regionun bütün ölkələri ilə normal münasibətlər lazımdır. Dövlətimizin rəhbərliyi xaricdən mümkün müdaxilədən və xüsusilə də dini tərkibi nəzərə alaraq böyüyən münaqişəyə cəlb edilməkdən qorunmaq üçün səy göstərir.
- Səudiyyə Ərəbistanı ilə əlaqə neftin qiymətləri və İran İslam Respublikasına qarşı sanksiyaların ləğv edilməsi ilə əlaqədar ola bilərmi?
- Səudiyyə Ərəbistanı ərəb və müsəlman dünyasının aparıcı ölkələrindən biridir, islamın beşiyi, neft və qaz hasilatı sənayesinin mühüm mərkəzidir, ondan neft bazarının və karbohidrogenlərin qiymətləri çox asılıdır.
Hal-hazırda İrana qarşı sanksiyaların ləğv edilməsi mümkünlüyü zamanı, bu ölkə onun yerini tutan rəqibləri sıxışdırmağa çalışacaq. Buna isə karbohidrogenlərin qiymətlərinin dempinq qiymətləri hesabına nail ola bilər. Neftdən əldə edilən gəlir mövcud rejimi möhkəmləndirəcək və ekspansionist sürüşmələri gücləndirəcək. İİR-in Ermənistana dəstəkdə rolunu və onun sivil inkişaf yolunu seçən ölkələrə qarşı heç də dostcasına olmayan münasibətini də unutmaq olmaz. Düşünürəm ki, prezidentimizin səfəri İran və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi bir sıra sünni ölkələri arasında kontrcəbhənin yaradılması ilə, eləcə də neft bazarında sabitliyə nail olmaq ilə birbaşa əlaqəlidir.