Oxu.Az AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov ilə müsahibəni təqdim edir.
- Vüqar müəllim, İnsan Haqları Avropa Məhkəməsinin (İHAM) Böyük Palatasının İsveçrə hakimiyyətinin İHAM-ın “Doğu Perinçek İsveçrəyə qarşı” iddiası üzrə 2013-cü il 17 dekabr tarixli qərarının İsveçrə hökumətinin apellyasiya şikayətinə dair yekun qərarını necə şərh edərdiniz?
- Birincisi, sizin resursun məsələdən xəbərdar olmayan oxucularını ilkin olaraq işdən xəbərdar etmək məqsədi ilə bu məsələ üzrə üç məqaləm ilə tanış etmək istərdim:
Birinci məqalə: azertag.az/ru/xeber/
İkinci məqalə: azertag.az/ru/xeber/
Üçüncü məqalə: azertag.az/ru/xeber/
Məqalələr populyar dildə - praktiki olaraq hamıya aydın olacaq dildə yazılıb. Orada bir çox suallara cavab var. Sizin bir qədər ümumiləşdirilmiş konkret sualınıza gəldikdə isə, qısa cavab verəcəm. İHAM-ın İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə müraciəti faktiki olaraq “erməni soyqırımına” hökmdür.
Məhkəmə 1915-ci il hadisələrinin “soyqırım” kimi təqdim edilməsinin, ermənilərin səylə qalanlarını inandırmağa çalışdıqları “qəbul edilmiş təkzibedilməz fakt”ın olmaması və sadəcə arasında diametral təzadların da olduğu çoxsaylı mülahizələrdən biri olması fikrinin tərəfdarıdır. Məhkəmə 2013-cü il 17 dekabr tarixli əvvəlki qərarında birmənalı və açıq şəkildə bəyan edib ki, cari məsələ üzrə alimlər arasında konsensus əldə edilməyib, deməli, hər hansı bir tarixi fakt haqqında danışmağa dəyməz.
Yeri gəlmişkən, Amal Kluni erməni müştərilərini aldatmaq istəyir, guya ki, əgər Böyük palatanın qərarında Aşağı palatanın ifadəsi təkrar edilmirsə, demək, yeni qərar əvvəlki qərarı “əvəz edir”. Bu, Böyük palata İsveçrənin apellyasiya şikayətini təmin etdiyi halda belə olardı.
Amma apellyasiya şikayəti rədd edilib, deməli, hətta əgər əvvəlki ifadələr işlənilmirsə də əvvəlki qərar qüvvədədir. Onlar təkrar edilmir, amma ləğv də edilmir. Deməli, Böyük palata aşağı instansiyanın qərarını dəyişmir, sadəcə tamamlayır. Bu, mühümdür və məhz bu epizodda erməni tərəfinin vəkilləri öz müştərilərini çaşdırırlar.
Amma daha mühüm olan – İHAM-ın İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə müraciəti faktiki olaraq “erməni soyqırımına” hökmdür. Hər şey göz qabağındadır – tarixi fakt olmayan həssas xarakterli məsələlər üzrə müxtəlif fikirlər söyləmək qadağan deyil. Holokost, tutsi və yaxud da Srebrenitsadakı soyqırımını təkzib edib, sonra isə konvensiyanın 10-cu maddəsi arxasında “gizlənməyə” cəhd edin. Heç nə alınmaz, sizi mühakimə edərlər.
Amma “erməni soyqırımı” haqqında nəqlin məhz 10-cu maddə ilə təkzibinin tamamilə yolverilən olması isə artıq Holokost, tutsi və bosniyalıların soyqırımından fərqli olaraq hökmdür, ermənilərin qətli soyqırım deyil, bu konvensiyanın sözügedən 10-cu maddəsinin zəmanət verdiyi ifadə edilməsi mümkün olan mülahizələrdən biridir! Bax, bundan çıxış etmək lazımdır.
- Bu qərarın Avropa ölkələrində 1915-ci il hadisələrinin gələcəkdə baxılması üçün nə mahiyyəti var?
- Cari qərarın mahiyyəti hüquqi və siyasi sahələri ilə məhdudlaşdırılır. Erməni tərəfinin qorxaqlığı və açıq polemikaya qoşulmaqda ürkəkliyi nəzərə alınarsa (bu isə özlüyündə təslim olmaq deməkdir) elmi mühitdə debatlar hələ uzun müddət davam edəcək. Hüquqi və siyasi sahələrdə əla presedent yaradılıb.
İsveçrə indi yarım il ərzində, gələcəkdə belə halların təkrarlanmasına yol verməmək üçün öz qanunvericiliyini qaydaya salmalıdır. Yeri gəlmişkən, İHAM-da İsveçrəyə qarşı Mərcan Əli, Həsən Kemahl və Ethem Kayalının analoji məsələsi üzrə daha bir iddia var. Təbii ki, nəticə eyni olacaq.
Təkrarlanmamaq üçün Bern qanunvericiliyi modifikasiya etməli olacaq. Bundan başqa, Məhkəmənin cari qərarı düşünülməmiş analoji qərarların digər ölkələrdə qəbul edilməsinin qarşısını alacaq. Orda artıq yerli erməni lobbilərinin təzyiqi altına düşməzdən öncə iki dəfə düşünəcəklər.
İndi növbədə, keçən il parlament səviyyəsində tanınan soyqırımların təkzibinin kriminallaşdırılması haqqında qanun qəbul edən Yunanıstandır. Həmin soyqırımların arasında “erməni soyqırımı” adlandırdıqları da var. Sadəcə Yunanıstana gedib və Doğu Perinçekin Lozannada dediyi sözlərini sözbəsöz təkrar edəcək könüllü lazımdır. Yunanların özlərinə yazıqları gəlmirsə, İsveçrənin yolunu təkrar etsinlər.
Və sonda İHAM-ın qərarından sonra fransızların 2012-ci ildə ölkənin Konstitusiya Şurasında ləğv edilmiş qanunu yenidən qəbul etmələrini təsəvvür etmək çətindir.
- İHAM-ın qərarı bir sıra ölkələrdə “erməni soyqırımının” təkzibinin kriminallaşdırılmasına dair qəbul edilmiş və ya qəbul edilməsi planlaşdırılan qərarların ləğv edilməsi deməkdirmi?
- Gəlin, daha ətraflı nəzər salaq. Dünyada belə bir qanunun qüvvədə olduğu yeganə ölkə Yunanıstandır. Orada ölkənin parlamenti səviyyəsində tanınan soyqırımların təkzibi kriminallaşdırılıb. Qanunda belə də deyilir – “parlament tərəfindən tanınan soyqırımlar”. Onların arasında erməni soyqırımı da var.
Aşot Qriqoryanın “eməni soyqırımının” təkzibinin Slovakiyada kriminallaşdırılması barədə əfsanəsi mənim Londondakı həmkarım Nazim Hacıyev (bax. Onun iki məqaləsi http://aze.az/id/83638 və http://aze.az/id/83658) tərəfindən çilik-çilik edilmişdi. O, jurnalist araşdırması apararaq, bir az yumşaq desək, Aşotun bir qədər həqiqətdən uzaq düşdüyünü göstərmişdi.
Slovakiyada vəziyyət Yunanıstanda olan vəziyyətdən köklü şəkildə fərqlənir. Slovakiya qanunlarına əsasən, beynəlxalq tribunallar tərəfindən soyqırım faktı haqqında verdiktin mövcud olduğu soyqırımların təkzibi qadağandır. Qondarma “erməni soyqırımı” Slovakiya parlamenti tərəfindən heç kimi heç nəyə məcbur etməyəcək səviyyədə tanınıb, amma ölkənin Cinayət məcəlləsi qeyd etdiyim kimi parlament səviyyəsində yox (məsələn, Yunanıstanda olduğu kimi), beynəlxalq tribunallar tərəfindən tanınan soyqırımların təkzibinə görə təqib nəzərdə tutur.
Tarix erməni soyqırımına dair verdikt qəbul edən heç bir tribunal tanımır. Beləliklə, Slovakiyadan necə deyərlər, “yan keçdi”.
Davam edək. Fransada xatırladığınız kimi belə qanun qüvvəyə minmədi – ölkənin Konstitusiya Şurası 2012-ci il 28 fevral tarixli qərarı ilə qəbul edilmiş qanunu ləğv etdi.
Deyəsən, heç bir ölkədə ermənilərin “erməni soyqırımı” adlandırdıqlarını qadağan edən qanun yoxdur. Bir çox ölkələrdə Holokostu və ya ümumiyyətlə, soyqırımları təkzib etmək qadağandır.
Amma, 1915-ci ildə Anatoliyada baş vermiş hadisələrə “soyqırımı” termininin tətbiqinin təkzibini bu qanunlara uyğunlaşdırmaq mümkün deyil, çünki bunun üçün ilkin olaraq ermənilərin qətlinin soyqırım olduğunu məhkəmə səviyyəsində sübut etmək lazımdır. Və bundan sonra onun təkzibini kriminallaşdırmaq olardı. Axı bu gün “erməni soyqırımı” terminini təkzib edənlər ədalətli olaraq hakimlərin özbaşına şəkildə erməni soyqırımının – bu qanunlarda qəbul edilmiş maddələrə müvafiq olmasına qəzəblənə bilərlər.
Hansı normativ aktlar əsasında? Yəni satın alınmış jurnalistin məqaləsi və yaxud da fəaliyyətləri hər zaman siyasi motivasiyalaşdırılmış bir qrup deputatın deklarasiyası əsasında? Təbii ki, xeyr. Qanun və ya tribunalın hökmü tələb edilir. Bu isə yoxdur. Ona görə də hakimlər özbaşına olaraq 1915-ci il hadisələrini “soyqırım” hesab edə bilməzlər, əsas lazımdır.
Ona görə də Yunanıstan dünyada belə bir qanunun qüvvədə olduğu yeganə ölkə hesab edilə bilər. Düşünürəm ki, o, İsveçrənin yaşadıqları ilə qarşılaşmayana qədər bu qanunu xüsusi olaraq ləğv etməyəcək.
- Son illərdə erməni lobbisinin hər şeyə qadir olmasına və müsəlmanlara qarşı ermənilərin xeyrinə az qala ümumdünya əlbirliyindən tez-tez danışılır. Cari məhkəmə prosesinə dair də ermənilər böyük PR kampaniya keçirdilər, amma onların səyləri uğursuz nəticələr verdi.
Necə düşünürsüz, verdikt türk tərəfinin arqumentlərinin hüquqi müstəvidə sırf üstünlüyünün nəticəsidir və yaxud bu məsələnin hər hansı siyasi sətiraltı mənası var?
- Burada heç bir siyasi sətiraltı məna yoxdur və olmayıb da. Bu, kor Femdanın təmiz qələbəsidir. Avropada türklərin və ermənilərin dini stereotiplər və qeyri-obyektivlik baxımından start imkanlarının qeyri-bərabər olması göz qabağındadır. Ermənilərin türklərə Avropanın mərkəzində məğlub olması arqumentlərin qüvvəsindən xəbər verir.
F.H.
www.oxu.az