Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezident: Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalıdır - VİDEO
Bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Oxu.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də keçirilən müşavirədə deyib.
Dövlət başçısı “Diqlas” ticarət mərkəzindəki yanğının səbəblərinin araşdırılması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan prezidenti vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov bu gün icarədarlarla görüşdə bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.