Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi Bakının işğaldan azad olunmasının 101 illiyi ilə əlaqədar yürüş təşkil edib.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, yürüş Bakıdan başlayıb və Qobustan rayonunun Acıdərə deyilən ərazisindəki “Türk şəhidliyi” abidəsində sona çatıb.
Yürüşdü 202 hərbçi iştirak edib. İlk olaraq, abidə ziyarət olunub. Daha sonra Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.
Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO/VİDEO
Rəşad Aydın