Qarabağ üzrə üçtərəfli İşçi Qrupa daxil olan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada bir araya gələcəklər.
Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra deyib.
“Gələn həftə onlar Moskvada toplanaraq bu gün razılaşdığımız qərarları yekunlaşdıracaq və elan edəcəklər”, - deyə Putin bildirib.
Mənbə: TASS