30 
Avq
2022
12:49
243
70
9871
Virtual karabakh

Prezidentin “Xalq artisti” adı verdiyi Nəsibə Abdullayeva kimdir? - DOSYE + VİDEO

30 Avq, 2022
12:49
9871

Prezidentin “Xalq artisti” adı verdiyi Nəsibə Abdullayeva kimdir? - DOSYE + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsibə Abdullayeva Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adı ilə təltif edilib.

Oxu.Az xəbər verir ki, sevilən özbək müğənni Nəsibə Məlik qızı Yarməhəmmədova (Abdullayeva) 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub. Səmərqənd şəhərinin Boğişamol məhəlləsində anadan olan müğənni musiqi karyerasına 1980-ci illərdən başlayıb. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. 

N.Abdullayeva yaradıcılığında Azərbaycan mahnılarına xüsusi yer verir. O, Azərbaycan estradasının sevilən müğənniləri Aygün Kazımovanın ifa etdiyi “Səndən nigaranam” və Faiq Ağayevin ifasında tanınan “Bağışlaram səni” mahnılarını özünəməxsus şəkildə ifa edib. 

Əvvəllər Cenevrədə yaşayan müğənni hazırda oğlanları ilə birlikdə Londonda yaşayır. Sənətçi iki dəfə ailə həyatı qurub, hər iki izdivacı azərbaycanlı bəylərlə olub. Birinci həyat yoldaşından iki oğlu var. Birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra müğənni ikinci dəfə ailə həyatı qurub. Müğənninin evli olduğu şəxsin atası Gədəbəydən, anası Səmərqənddəndir.

Qeyd edək ki, müğənni Azərbaycanda ən çox ifa etdiyi “Səndən nigaranam” və “Qara göz boy-boy” mahnıları ilə məşhurlaşıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri