Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun SON DURUMU AÇIQLANDI
"Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil ağır olaraq qiymətləndirilir".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
Qeyd olunub ki, Xalq artisti Ənvər Həsənov 10 yanvar saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
"Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb.
Yanvarın 21-i saat 13:00-da xəstənin vəziyyəti nəzərə alınaraq yenidən Reanimasiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
"İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, yenidən reanimasiyaya yerləşdirilib".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a aktyorun qızı məlumat verib.
Onun sözlərinə görə, atasının müalicəsi hazırda reanimasiya şəraitində davam etdirilir, vəziyyəti ağır-stabildir.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.
Rəylər