Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU açıqlandı
Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Oxu.Az bildirir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat veriblər.
Qeyd edilib ki, insult keçirəm Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.
Aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.
Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib:
"Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir", - V.Ayan deyib.
Qeyd edək ki, Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub
- Dəyirmanda fəhlə işləyən, həbs edilən Xalq artisti Muxtar Avşarovun doğum günüdür
- Çətin rolların mahir ifaçısı, məşhur qiraət ustası - Xalq artisti Əliabbas Qədirovun doğum günüdür
- Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür
- Ölümü də qeyri-adi olan aktrisa - ANIM