Yan
2024
01:12
64
1657
40478
Virtual karabakh

Aygün Bəylər vəfat edib - RƏSMİ - YENİLƏNİB + FOTO/VİDEO

7 Yan, 2024
01:12
40478

Aygün Bəylər vəfat edib - RƏSMİ - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Oxu.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) ölümü ilə bağlı yayılan xəbərləri ilk olaraq təkzib etmişdi.

00:44

“Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) təhlükəsiz şəkildə təxliyəsi üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tam təchiz olunmuş ambulansı peşəkar reanimasion tibbi briqada ilə birgə təhkim olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ambulans portativ süni tənəffüs aparatı, tibbi sərf və zəruri dərmanlarla təchiz olunmuş reanimobildir:

“Təcili və təxirəsalınmaz tibbi yardım briqadası ixtisaslaşmış tibb müəssisəsinə təxliyə prosesini icra etmək üçün hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundadır”.

00:35

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərinə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Əməkdar artistin prodüseri məlumat verib.

O, Əməkdar artistin Türkiyə saatı ilə 03:00 radələrində (Bakı vaxtı ilə 04:00) Bakıya gətiriləcəyini qeyd edib:

“Aygün xanım rəhmətə getməyib. Yayılan məlumatlar yanlışdır. Onu süni nəfəs aparatına qoşublar. Bizə bildiriblər ki, 03:00 radələrində Ankara Hava limanında olaq. Şəxsi təyyarə ilə gətiriləcək. Çəkilişə də icazə verilməyəcək”.

Prodüser Aygün Bəylərin vəziyyətinin anidən pisləşdiyini bildirib:

“Vəziyyəti dünənə qədər yaxşı idi. Günorta da yaxşı idi. Mən Ankarada yanında idim. İllərdir ki, İstanbulda yaşayıram. Mənə dedi ki, “get İstanbula işlərivi gör, gəl. Bazar günü qayıdarsan. Ankaradan qayıtmışam. Kaş, getməz olardım”.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

06.01.2024, 21:55

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.

06.01.2024, 20:57

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Nəzrin Vahid, İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri