Bu gün Əməkdar artist Abbas Bağırovun toyudur.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, müğənninin toyu Gəncədə baş tutacaq. Toya A.Bağırovun bir çox sənət dostu da dəvət olunub. Bağırov özəl gününü mediadan gizlətməyə çalışır.
Müğənni noyabrın 27-də Bakıda da toy edəcək.
Qeyd edək ki, Abbasın mayın 23-də Bakıda gəlinsiz, kişi qonaqlardan ibarət toyu olmuşdu.
A.S.
www.oxu.az