13 ildir evli olan aparıcı, teleprodüser Acun İlıcalı həyat yoldaşı Zeynep İlıcalı ilə yollarını rəsmi şəkildə ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Cütlük Şilə Ailə Məhkəməsində qarşılıqlı razılaşma əsasında boşanıb.

Boşanma iddiasını 2015-ci ilin yanvar ayında açan Acun İlıcalı ilə Zeynep İlıcalının məhkəmə prosesi 10 dəqiqə çəkib. Cütlüyün Yasemin və Leyla adlarındakı qızlarının vəlayəti anaya verilib.
Qeyd edək ki, Acun İlıcalı hazırda model Şeyma Subaşı ilə qeyri-rəsmi nikahla yaşayır. Teleaparıcının ilk evliliyindən bir, S.Subaşı ilə münasibətlərindən bir, boşandığı həyat yoldaşından isə iki qız övladı var.
Aytən Sadıqzadə
www.oxu.az