İstanbuldakı otellərin birində tapança ilə yaralanan və qəzayla özünü vurduğunu iddia edən Harika Avcının hadisə əsnasında yanında olan sevgilisi Yasin Kavakın daha əvvəl Avcının vəkilini təhdid etdiyi ortaya çıxıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Harika Avcı 13 iyulda otel otağında tapança ilə vurularaq yaralanmış halda tapılmışdı. Otel otağında birlikdə qaldığı və sevgilisi olduğu iddia edilən 26 yaşındakı Yasin Kavak nəzarətə alınmışdı.
Avcını yaralandığı silahın aktrisanın iki dəfə boşanma iddiası açdığı və ayrı yaşadığı həyat yoldaşı İbrahim Öztürkə aid çıxınca və Avcı “Silah qəzayla açıldı” deyincə Kavak sərbəst buraxılmışdı. Lakin Yasin Kavakın 19 iyunda Harika Avcının vəkili Rüstəm Gökşeni təhdid etdiyi ortaya çıxıb.
Kavakın özünü Harika Avcının qardaşı oğlu kimi tanıdaraq vəkil Rüstəm Gökşen ilə görüşüb və “Sən nə üçün Harika Avcının qoruma qərarını uzatmadın?” deyərək “Oğlun olduğunu bilirəm” şəklində vəkili təhdid edib.
Vəkil Rüstəm Gökşenin məhkəməyə şikayət ərizəsi ilə müraciətindən sonra həyata keçirilən istintaqın sonunda Kavak barəsində 6 aydan 2 ilə qədər həbs cəzası istəyi ilə iddia açılıb.
Aytən Sadıqzadə
www.oxu.az