İyul ayının 19-da Amburan Beach Club-da Rusiyanın məşhur aktyoru şoumen və müğənni Aleksandr Revvanın çıxışı baş tutacaq.
Oxu.Az xəbər verir ki, çıxışın təşkilatçısı Terra Nuova şirkətidir.
Təşkilatçılar tədbirin bütün qonaqlarına unudulmaz yumor və gözəl musiqi axşamı, eləcə də məxsusi qonağın - Artur Pirojkovun çıxışını vəd edirlər.
Xatırladaq ki, tipik maço Artur Pirojkov – Aleksandr Revvanın səhnədə canlandırdığı, ona şöhrət və uğur gətirən obrazlardan ən məşhurudur.
Aleksandr Revvanın ilk Bakı konsertinə biletlərin qiyməti 50 manatdan 250 manata qədərdir.