ATV-də yayımlanan “Şarm” verilişinin aparıcısı Samirə Rüstəmova bundan sonra İctimai telekanalda yeni ekran işi ilə efirə çıxacaq.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Samirə özü verib.
Yeni verilişindən söz açan aparıcı onun maraqlı məqamlarla yadda qalacağını bildirib:
“Yeni stil” adlanan veriliş hər bir sahənin özünəməxsus zövqünü rahat və münasib yollarla tamaşaçıya çatdıracaq. Burada dəb, stil, zövq, məşhurların seçimləri haqqında geniş müzakirələr aparacağıq. Bilirsiniz ki, bundan əvvəl "Lider" telekanalında “Stil” adlı veriliş hazırlayırdım.
Oradakı bəzi rubrikalarımız, eləcə də fotoimic olduğu kimi qalacaq. Beşulduzlu otelləri, maraqlı məkanları, brendlərin Bakıdakı butiklərini maraqlı tərzdə tamaşaçıya çatdıracağıq. Layihənin əsas məqsədi dəbdəki son yenilikləri tamaşaçılara təqdim etməkdir. Beləcə biz hər kəsin seçimini asanlaşdıracağıq”.