Xalq artisti Aygün Kazımova əməliyyatdan sonra ilk dəfə “ATV maqazin onlarla” verilişinə açıqlama verib.
Oxu.Az xəbər verir ki, o, bir müddət əvvəl keçirdiyi estetik əməliyyatlardan danışıb.
“Üç əməliyyat keçirdim. İkisi yeni, digəri isə illər əvvəl baş vermiş əməliyyatın davamıdır”, - deyə o söyləyib.
A.Kazımova məşhur “Cücələrim” mahnısının yaranmasının 70 illiyi münasibətilə klip çəkdirdiyini də bildirib: “Məktəbdə oxuyanda “Cücələrim” ansamblının solisti olmuşam. Bu layihəyə ciddi hazırlaşmışıq. Musiqi prodüserim gürücüstanlı Kaxa Beridir”.
A.S.
www.oxu.az