Sabah Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Əməkdar artist, Kikboksinq Federasiyasının Sumqayıt Regional Klubunun prezidenti Ədalət Şükürov sosial şəbəkədə yayıb.
O, yarışdan öncə baş tutan mərasimlə bağlı videogörüntü paylaşıb. Kadrlardan göründüyü kimi, azərbaycanlı idmançı ilə gürcü rəqibi arasında gərginlik yaranıb. İdmançıların bu davranışına ətrafdakılar müdaxilə edib.
A.S.
www.oxu.az