“Miss Azerbaijan – 2017”-nin qalibi Raziyyat Əliyeva aparıcı kimi fəaliyyət göstərməyə başlayıb.
Oxu.Az xəbər verir ki, o, hər bazar günü “Xəzər” televiziyasında yayımlanan “Xəzər maqazin” verilişini təqdim edəcək.
“Təklifi telekanalın Proqramlar Departamentinin rəhbəri Kənan Bayramov etdi. Bu sahədə təcrübəm olmadığı üçün, əlbəttə, çox narahat idim. Amma birinci dəfə üçün, məncə, pis alınmadı. Səhvlərimi bilir, görür və onların üzərində işləyirəm”, - deyə R.Əliyeva Oxu.Az-a müsahibəsində bildirib.
Aytən Sadıqzadə
www.oxu.az