Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Bəxtiyar Məmmədov (Jah Khalib) 45 dəqiqəlik çıxışdan 100 min dollar pul qazandığını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə sənətçi “Youtube”da yayımlanan “Qordon” adlı proqramda deyib.
“Bir gündə 100 min dollar qazanmağı xəyal edə bilərsənmi? 45 dəqiqə içində 100 min dollar pul qazanmışam. İnanılmaz bir şeydir”, - deyə Jah Khalib bildirib.
Musiqiçi Qazaxıstanda ilk konsertindən 500 dollar pul qazandığını əlavə edib.
“Mənim üçün bu pullar inanılmaz idi. Musiqi ilə məktəb illərindən məşğul idim. Uzun zamandır müğənni olacağım ümidi ilə bu mahnıları yazırdım. Mən istəyimə nail oldum. Şəhərlərə gəlirəm və mahnılarımı oxuyan insanları görürəm. Bu möhtəşəm hisslərdir”, - deyə ulduz bildirib.
Rəşad Əliyev
Rəylər