Bakının Həsən Əliyev küçəsində əks istiqamətə çıxaraq axına qarşı hərəkət edən 10-MS-100 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin qayda pozması haqqında videogörüntü Avtosfer.az saytında paylaşılıb. Araşdırma nəticəsində məlum olub ki, həmin avtomobil gənc müğənni Orxan Babazadəyə məxsusdur.
Oxu.Az Avtosfer.az-a istinadla xəbər verir ki, “Range Rover” markalı, 10-MS-100 və “Mercedes” markalı 90-*M-002 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri Həsən Əliyev küçəsində qarşı yola çıxaraq qayda pozublar. Onlar özlərini başqalarından üstün tutaraq bir-birinin ardınca əks istiqaməli yola çıxaraq hərəkəti davam etdiriblər. Bununla, həm də digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıblar.
A.S.
www.oxu.az